media-alternatives-to-plastic-trash-bags

Bakıda pəncərə və eyvanlardan tullantı atanların müəyyən edilməsi üçün xüsusi kameraların quraşdırılmasına başlanılıb. 

Patrulaz.az xəbər verir ki, ilk qurğular Yasamal rayonunda quraşdırılıb.

Kameralar xüsusi dirəklərdə yerləşdirilərək binaların fasadlarına yönəldilib və qaydanı pozanların ünvanını dəqiq müəyyən etməyə imkan verir.

Qanunvericiliyə əsasən, məişət tullantılarının icazəsiz yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunur.

Daxili İşlər Nazirliyi bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək.


Bənzər xəbərlər