media-screenshot_20250904_114421_instagram

Bakı şəhəri Azadlıq prospekti 116 ünvanında yerləşən binaların birində naməlum qadın açıq qapılı mənzillərə daxil olmağa cəhd edib.

Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə İnqilab küçəsi ilə kəsişmədə yerləşən binada baş verib.

Görüntülərdə qadın tək-tək bütün mənzillərin qapılarını yoxlayır. Daha sonra o qapısı açıq olan evə daxil olur.

Hadisə anı anbaan evinə daxil olunan şəxsin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Mənzil sahibinin sözlərinə görə, qadın evə daxil olduqda onun oğlunu görüb və dərhal məkanı tərk edib. Vətəndaş bildirir ki, həmin vaxt özü yatmış olsa da, qadın onun nə oğluna, nə də mənzilənə heç bir zərər vermədən uzaqlaşıb.

Qeyd edək ki, Bakıda bu cür oğurluq cəhdlərinin sayı artmaqdadır. Vətəndaşlar öz mənzillərinin qapılarını kilidləməyə və diqqətli olmağa çağırılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər