media-67fb90220ba4667fb90220ba47174453968267fb90220ba4467fb90220ba45

Bakı şəhəri Nizami rayonunda evdə yanğın baş verib.

Patrulaz.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.


Bənzər xəbərlər