media-inshot_20250917_165632208

Bakıda kişi rəfiqəsigilə getmək istəyən arvadını döyüb.

Patrulaz.az “Lent.аz”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

35 yaşlı Fuad Novruzov (ad və soyad şərtidir) arvadına rəfiqəsinin evinə getməyə icazə verməyib. Buna görə qadın ərini söyüb. Söyüşdən hiddətlənən kişi arvadının boynuna vuraraq, xəsarət yetirib.

Faktla bağlı Fuad Novruzov barəsində cinayət işi açılıb. Məhkəmə istintaqı zamanı tərəflər barışıblar və cinayət işinə xitam verilməsini istəyiblər.

Nizami rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinə xitam verilib və Fuad Novruzov məsuliyyətdən azad edilib.


Bənzər xəbərlər