media-79667e59-af28-3af6-b9be-5e4e35fcd087_850

Bakıda nişan mərasimi əlbəyaxa davaya çevrilib.

Patrulaz.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə iyunun 22-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib.

Mikayıl Əliyev küçəsində yerləşən restoranlardan birində keçirilən nişan məclisində naməlum səbəbdən iki şəxs arasında mübahisə yaranıb. Gərginlik qısa müddətdə restoranın qarşısında küçədə əlbəyaxa davaya çevrilib.

Nəticədə həmin ərazidə avtomobil hərəkəti bir müddətə dayanıb. Polis əməkdaşları dərhal hadisə yerinə gələrək insidentin qarşısını alıblar.

Araşdırmalarla davaya qarışan 30, 37 və 41 yaşlı şəxslər müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunublar. Onlar barəsində tərtib olunan inzibati protokola əsasən, Nizami Rayon Məhkəməsi tərəfindən cərimə tətbiq edilib.


Bənzər xəbərlər