media-68cb9f8828c9768cb9f8828c98175817511268cb9f8828c9568cb9f8828c96

Bakıda qənd istehsal olunan sexdə faciəli hadisə yaşanıb. 

Patrulaz.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində baş verib.

Burada tikişçi işləyən Güllü Qədiməliyeva müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən binanın birinci mərtəbəsinə beton səthə yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


Bənzər xəbərlər