media-inshot_20250704_094323496

Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Patrulaz.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, bir sıra yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Hal-hazırda:

1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.


Bənzər xəbərlər