media-pezeskiyan-a-2281787_1jpg-1727674816

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çində yaşayan iranlılarla görüşən İran Prezidenti Məsud Pezeşkianın çıxışı diplomatlara ünvanlanmış tənqid kimi dəyərləndirilib.

Patrulaz.az “Azad İran”a əsasən xəbər verir ki, Pezeşkian bildirib ki, onun və yoldaşlarının çıxışları rəsmi diplomatik formatlardan fərqlənir.

O, iclasda iştirak edən İranın xarici işlər naziri Abbas Əraqçının diplomatiyasını “inqilabi” adlandırsa da, diplomatların xalqdan uzaq danışdığını vurğulayıb:

“Onların işləri yaxşı gedir. Biz adi insanlar diplomatiyanı başa düşmürük, ona görə də gündəlik dildə danışırıq və bir-birimizin dilini anlayırıq. Çünki onlar diplomatdırlar və biz onların dediklərini başa düşmürük”.

Pezeşkianın bu fikirləri diplomatların üslubunun xalqdan uzaq və anlaşılmaz olduğuna yönəlik dolayı tənqid kimi qiymətləndirilir.


Bənzər xəbərlər