Əyləncənin sonu faciə ilə bitdi: 12 yaşlı uşaq pid-velesipedlə qəzaya uğradı - VİDEO
Rusiya Federasiyasının Ufa şəhərində bədbəxt hadisə baş verib.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı uşağın idarə etdiyi Pit velosiped (güclü mühərrikə malik motosiklet) avtomobilə çırpılıb.
Qəza nəticəsində uşaq aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Görüntülərdə ata övladının meyiti üzərində ağlayır.
Qeyd edək ki, uşaq maşını 150 km/saat sürətlə idarə edib.






