media-inshot_20250828_134231665

Çində mühəndis və bloger olan Xing Zhilei pişikləri üçün işləyən mini-metro sistemi yaradıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, iki il əvvəl ev heyvanları üçün “Cattown” adlı kiçik şəhər salan mühəndisə izləyiciləri metro yaratmağı da təklif etmişdilər.

Bloger Zhilei isə təklifi qəbul edərək dörd ay ərzində mini-metro sistemini dizayn edərək, sınaqdan keçirməyə başlayıb.

İşinin yekununda isə pişiklər eskalatorlarla “Cattown” stansiyasına enə, tunellərdə relslər boyunca hərəkət edən qatara minə biliblər.

Fotolarda sinxron şəkildə açılmış qapılarla yanaşı, ev heyvanlarının sürücünün kabinəsinə baxması əks olunub.

Qeyd edək ki, mühəndisin saldığı şəhərdə metro ilə yanaşı, spa, mağaza, teatr, bilyard klubu və dayanacaq da var.

media-img_20250828_132255_596 media-img_20250828_132255_299 media-img_20250828_132255_290 media-img_20250828_132254_986 media-img_20250828_132254_976


Bənzər xəbərlər