media-inshot_20250714_092628976

ABŞ-nin Kentukki ştatında silahlı şəxs ardıcıl olaraq bir neçə cinayət törədib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Leksinqton şəhərində Blue Grass hava limanı yaxınlığında baş verən atışmada bir polis əməkdaşı yaralanıb.

Hadisəni törədən şəxs daha sonra avtomobil oğurlayaraq uzaqdakı Richmond Road Baptist kilsəsinə gedib. O, kilsənin həyətinə açdığı atəş nəticəsində iki qadını qətlə yetirib, iki kişini isə yaralayıb.

Hadisə nəticəsində polis oğurlanmış avtomobilin yerini müəyyən edərək silahlı şəxsi zərərsizləşdirib.

Qeyd edək ki, cinayətkarın kimliyi hələlik məlum deyil.

Gülbəniz Səfərova


Bənzər xəbərlər