İstisu ərazidəki antisanitar vəziyyət Polisin nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb - FOTO
Ötən gün Masallı rayonunun istisu ərazisinin zibillik vəziyyətində olduğunu əks etdirən görüntülər paylaşmışdıq..
Patrulaz.az-a verilən məlumata görə, məsələ ictimailəşdikdən sonra polisin nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən sözügedən ərazidəki antisanitar vəziyyət aradan qaldırılıb.
Bu gün çəkilən fotolarda ərazinin tam şəkildə təmizləndiyi və səliqəyə salındığı görünür.
Qeyd edək ki, ətraf mühitin qorunması və təmizlik hər bir vətəndaşın məsuliyyətidir. Bu kimi halların təkrarlanmaması üçün hər kəsin üzərinə düşən vəzifələri yerinə yetirməsi vacibdir.
Günay Salayeva







