Polisləri güllələyib, təslim oldu - VİDEO
ABŞ-nin Virciniya ştatında polis əməkdaşları yerli şəxsə order təqdim etmək istəyərkən güllələnib.
Patrulaz.az “RT”yə istinadən xəbər verir ki, hadisə Pittsylvania qraflığında baş verib.
Hadisə yerindən çəkilən görüntülərdə çoxsaylı polis və təcili tibbi yardım maşınlarının ərazidə olduğu görünür.
Virciniyanın 5-ci konqres dairəsini təmsil edən ABŞ Nümayəndələr Palatasının üzvü Con Makquayr sosial şəbəkə “X”də paylaşım edərək güllələnmiş polis əməkdaşlarının ailələrinə başsağlığı verib və dualarının onlarla olduğunu bildirib.
Şübhəli şəxs isə saatlarla davam edən qarşıdurmadan sonra hüquq-mühafizə orqanlarına təslim olub.






