media-825739aa-003b-443d-a949-d5882c637ca6

Azərbaycanla Fransa arasında son günlərdə diplomatik münasibətlərdə ciddi gərginliklər yaşanır. Fransa Xarici İşlər Nazirliyi Bakıda saxlanılan ermənilərin dərhal azad olunması ilə bağlı bəyanat verib. Azərbaycan isə Fransanın bu məsələyə müdaxiləsini qətiyyətlə rədd edib. Ölkəmizin Xarici İşlər Nazirliyi isə bildirib ki, Fransa regionun daxili işlərinə qarışmaq əvəzinə, əsrlərlə davam etdirdiyi neokolonial siyasətinə son qoymalıdır. Xatırladaq ki, Fransa Afrikada və dənizaşırı ərazilərində həyata keçirdiyi istismar siyasəti ilə yerli xalqları və onların sərvətlərini öz maraqları naminə istifadə edir, o cümlədən uzunmüddətli qeyri-sabitlik və etnik qarşıdurmaların əsas səbəbkarıdır. Fransa isə özünün müstəmləkə siyasətinin olmasına baxmayaraq, sözügedən bəyanatı ilə Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışır. Bu qarşılıqlı bəyanatlar ölkə arasındakı siyasi dialoqun gələcək istiqamətini sual altına alır. Azərbaycan və Fransa arasındakı münasibətlərin hazırkı durumunu Patrulaz.az-a şərh edən politoloq Tural İsmayılov vəziyyəti belə dəyərləndirdi:
media-a3b192db-c633-4161-8f8b-b70eaaaef4a8
“Azərbaycan Fransa münasibətlərində çox böyük gərginlik müşahidə edilir. Təbii ki, iki ölkə arasında gərginliyin bu səviyyəyə gəlib çatmasının ən böyük günahkarı Ermənistandır. İrəvanın regionda aqressiv və dağıdıcı siyasət həyata keçirməsi, həm dövlətlərarası münasibətlərə, həm də regional ictimai-siyasi əlaqələrə kökündən zərbə vurması, vəziyyətin kifayət qədər konfrontasiya səviyyəsinə çıxmağına səbəb olur. Necə ki, işğal dövründə Fransa obyektiv reallığı müdafə etmək, eyni zamanda həqiqətlərin yanında yer almaq əvəzinə, 30 il ərzində Azərbaycanın torpaqlarını işğal edən Ermənistanı dəstəkləyirdi. Bu gün də həmin prosesi davam etdirməyə çalışır. Eyni zamanda, Fransa beynəlxalq hüququ kobud şəkildə tapdalayaraq, bu günlərdə Ermənistanı silahlandırır və bununla da Cənubi Qafqazda yeni gərginlik toxumları səpir. Bu gün çağdaş dövrün dəyərləri və prinsipləri ilə heç vaxt uzlaşmayan neokolonializm kimi iyrənc bir siyasəti davam etdirən Fransanın nəinki Azərbaycana, hər hansısa bir dövlətə beynəlxalq münasibətlər və eyni zamanda regional konfiliklərlə bağlı məsləhət verəcək səviyyəsi yoxdur. Fransada aparılan rəy sorğuları da göstərir ki, Parisin vəziyyəti kifayət qədər dramatikləşib. Yəni, ölkə daxilindəki siyasi münasibətlər sistemi zədələnib. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin də vurğuladığı kimi, Fransa dənizaşırı ərazilərdə və Afrikada hələ də özünün istismarçı, müstəmləkəçi siyasətini davam etdirir. Təssüflər olsun ki, dünya birliyi hələ də Fransanın bu biyabırçı siyasətinə səs çıxarmaqda acizlik göstərir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər