media-inshot_20250819_093958135

Polşa Rusiyanın artan hərbi aktivliyinə cavab verib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna ərazisində Rusiyanın fəaliyyətinin intensivləşməsi ilə bağlı məlumatlardan sonra Polşa Silahlı Qüvvələri və müttəfiqlərin növbətçi qırıcı təyyarələri havaya qaldırılıb.

Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkə X-də açıqlama yayıb.

“Polşa və müttəfiq aviasiya qüvvələri tapşırıqların icrasına başlayıb. Yerüstü hava hücumundan müdafiə sistemləri və radiolokasiya kəşfiyyatı ən yüksək hazırlıq vəziyyətinə gətirilib”, – məlumatda bildirilib.


Bənzər xəbərlər