Polşada hava şousuna hazırlıq zamanı F-16 təyyarəsi qəzaya uğradı - VİDEO
Polşada keçiriləcək “AirSHOW Radom 2025” aviaşousuna hazırlıq zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində pilot həlak olub.
Polşa mətbuat katibi Adam Szlapka sosial şəbəkədəki paylaşımında ölüm faktını təsdiqləyib.
Polşanın PAP xəbər agentliyi isə təyyarənin Polşa Hərbi Hava Qüvvələrinə aid olduğunu açıqlayıb.
Yayılan görüntülərdə göydə uçan F-16-nın qəfil aşağı enərək sürətlə yerə çırpıldığı və alovlara büründüyü əks olunub.






