media-inshot_20260325_162403241

Prezident İlham Əliyevin iştirakı ilə martın 23-ü açılışı olan Şamaxı Avropa Liseyi zəngin tarixi və yetişdirdiyi görkəmli şəxsiyyətlərlə diqqət çəkib.

Patrul.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şamaxıda XIX əsrdə fəaliyyətə başlayan bu təhsil ocağının əsasını 1874-cü ildə Hacı Məcid Əfəndinin təşəbbüsü ilə yaradılan “Məclis” məktəbi qoyub.

Burada görkəmli maarifçi Seyid Əzim Şirvani müəllim kimi çalışıb. Hacı Səid və Cəlal Ünsizadə qardaşları türk dili və şəriət fənlərini, E.P.Pirbudaqov rus dili fənnini tədris edib.

Məktəb Azərbaycan maarifçilik tarixində mühüm rol oynayıb. Eyni zamanda, bir sıra tanınmış ziyalılar, elm və fikir adamları bu məktəbin yetirmələri olub. Məktəbin ilk şagirdlərindən biri isə görkəmli şair Mirzə Ələkbər Sabir olub.

Bundan başqa, S.Ə.Şirvaninin oğlu Mir Cəfər, H.Zərdabi, S.M.Qənizadə, C.Cəbrayılbəyli və başqa tanınmış şəxsiyyətlər burada təhsil alıb.

Tarixən “Taxta məktəb” kimi tanınan bu təhsil müəssisəsi zamanla inkişaf edərək bu gün müasir infrastruktura malik liseyə çevrilib.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən inşa edilən yeni bina müasir təhsil standartlarına cavab verir və ölkədə təhsilin inkişafına xidmət edən mühüm layihələrdən biri hesab olunur.

media-1774440802_mekteb1 media-1774440797_mekteb3 media-1774440855_mekteb4 media-1774440814_mekteb5 media-1774440811_mekteb6 media-1774440869_mekteb8 media-1774440867_mekteb7 media-1774440802_mekteb9


Bənzər xəbərlər