"Problemlərimiz həll olunana qədər buranı tərk etməyəcəyik" - Ermənistanda ETİRAZ AKSİYALARI
Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyaları keçirilir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 iyulda baş tutmuş mitinq və ardınca keçirilən oturaq aksiyanın davamı olaraq bu gün də hökumət binası önündə toplaşan ermənilər narazılıqlarını dilə gətiriblər.
Etirazlara Artsax Xalqının Hüquqlarını Müdafiə Şurası rəhbərlik edir.
Məlumata görə, aksiya iştirakçılarının əsas tələbləri sosial və mənzil problemlərinin həllidir. Onların sözlərinə görə, bu məsələlərin həll olunmaması bölgədə məcburi mühacirətin artmasına səbəb ola bilər:
“Problemlərimiz həll olunana qədər buranı tərk etməyəcəyik. Məqsədimiz Artsax əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsinin qarşısını almaqdır. Əsas prioritetimiz mənzil təminatı və sosial məsələlərin həllidir”, – deyə təşkilatçılar bildiriblər.






