media-inshot_20250811_225710326

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 1876-cı ildə Rusiya İmperiyasından satın aldığı Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Putin avqustun 15-də Prezident Donald Trampla Alyaskada görüşərək Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə edəcək. Bu, onun 2015-ci ildə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka etdiyi səfərdən sonra ABŞ-yə ilk rəsmi səfəri sayılır.

Məlumata görə, ABŞ-yə səfər edən keçmiş Rusiya liderləri Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev olmasına baxmayaraq, heç biri Alyaskaya getməyib. Bu səbəbdən Putin tarixdə bu bölgəyə səfər edən ilk Rusiya lideri kimi qalacaq.

Qeyd edək ki, Alyaska 1732-ci ildə kəşf edilmiş və uzun illər Rusiyanın xəz ticarətində mühüm rol oynamışdır. Lakin Krım müharibəsindən sonra Alyaskanın uzaqlığı və yüksək idarə xərcləri bu ərazinin Rusiya üçün strateji dəyərini azaldıb.

1857-ci ildə Rusiya çarı II Aleksandrın qardaşı knyaz Konstantin Nikolayeviç tərəfindən Alyaskanın satılması ideyası irəli sürülüb və 1867-ci ildə ABŞ-yə 7,2 milyon dollara satılıb.


Bənzər xəbərlər