Putin Avopa liderlərini "kiçik donuzlar" adlandırdı
Rusiya Prezidenti Vladimir Putin Avropa liderlərini “kiçik donuzlar” adlandıraraq sərt tənqid edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Putin bu fikirləri Rusiya Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında səsləndirib.
O, çıxışı zamanı xüsusilə ABŞ-nin sabiq Prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiyanı beynəlxalq prosesləri məqsədli şəkildə silahlı münaqişəyə doğru yönəltməkdə ittiham etdikdən sonra, onu və Avropa liderlərini “donuz” adlandırıb.
“Avropanın kiçik donuzları tez bir zamanda əvvəlki Amerika administrasiyasının işinə qoşuldular və Rusiyanın dağılmasından faydalanmağa çalışdılar”.
Rusiya lideri, həmçinin ölkəsinin Ukraynadakı müharibədə qazandığı uğurlardan da danışarkən, Rusiyanın diplomatik yolla olmasa da, ərazilərini hərbi yolla azad edəcəyini vurğulayıb:
“Biz münaqişəni diplomatiya yolu ilə həll etməyə üstünlük veririk. Lakin Ukrayna tərəfi və onun xarici tərəfdarları danışıqlara razı olmazsa, Rusiya tarixi ərazilərini hərbi yolla azad edəcək. Bu il biz möhkəmləndirilmiş qalalara çevrilmiş böyük şəhərlər də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini azad etdik. Hərbi əməliyyatımız şübhəsiz ki, uğurlu olacaq”, – deyə Putin əlavə edib.
Gülbəniz Səfərova






