Putin-Tramp görüşü ilə bağlı Moskvadan sülh mesajı: "Müharibə qızışdırıcıları gülümsəməyəcək"
Rusiya və ABŞ prezidentlərinin avqustun 15-də Alyaskada baş tutacaq görüşü Kremlin yüksək dairələrində “sülh və ümid” gözləntiləri yaradıb.
Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “X” sosial şəbəkəsində bildirib ki, görüş qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
“Neokonlar və digər müharibə qızışdırıcıları 2025-ci il avqustun 15-də gülümsəməyəcəklər. Putin və Tramp arasında dialoq ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək”, – Dmitriyev vurğulayıb.
Qeyd edək ki, Alyaskada keçiriləcək sammitin regional sabitlik və beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunacağı gözlənilir.






