Putin və Kim Çen İnnin mühafizəçiləri kondisioner üstündə mübahisə etdilər
Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın Pekində keçirilən görüşü maraqlı hadisəylə başlayıb.
Patrulaz.az “Kommersant”a əsasən xəbər verir ki, tədbirdən əvvəl hər iki liderin təhlükəsizlik xidmətinin əməkdaşları zalda quraşdırılmış kondisionerin idarə olunması ilə bağlı mübahisə ediblər. Şimali Koreya nümayəndəsi temperaturu +23°C-yə qaldırmaq istəyib. Lakin rusiyalı mühafizəçi +20°C-də qalmasında israr edib.
Mübahisə bir müddət davam edib və tərəflər kondisionerin pultunu ələ keçirmək üçün bir-birinin barmaqlarını pultdan kənara itələməyə çalışıblar.
Hadisə salonun hazırlıq mərhələsində baş verib və daha sonra görüş plan üzrə davam edib.






