media-86f3d4db-5d9d-4790-860e-2fd6c8af00d4

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Steve Vitkoff arasında Moskvada baş tutan görüşdə Rusiya-Ukrayna müharibəsinə dair birbaşa danışıqların mümkünlüyü müzakirə olunub.

Patrulaz.az “Aljazeera” istinadən xəbər verir ki, Vitkoffla Putin arasında bu, artıq üçüncü uzunmüddətli görüşdür. Görüş üç saat davam edib və Kremlin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov tərəfindən “konstruktiv və çox faydalı” kimi qiymətləndirilib. O bildirib: “Bu söhbət Rusiya və ABŞ-ə təkcə Ukrayna ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq məsələlər üzrə mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin ilk həftələrindən bəri birbaşa danışıqlar aparılmayıb. ABŞ tərəfi müharibəni dayandırmaq üçün Krımın Rusiya nəzarətində qalması və cəbhə xəttinin dondurulması təklifi ilə çıxış edib. Tramp TIME jurnalına müsahibəsində “Krım Rusiya ilə qalacaq. Zelenski də bunu başa düşür”, – deyə bildirib.

Rusiya isə razılaşmaya açıq olduğunu bəyan etsə də, Xarici İşlər Naziri Sergey Lavrov açıqlamasında vurğulayıb: “Hələ bəzi konkret məqamlar var… onları dəqiqləşdirmək lazımdır və biz bununla məşğuluq”,- deyə bildirib.

Xatırladaq ki, Zelenski bu günə qədər torpaq güzəştlərini rədd etsə də, son aylarda bəzi ərazilərin diplomatiya yolu ilə geri qaytarılmasının mümkünlüyünü etiraf edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər