media-inshot_20251219_183818703

Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilməsi gözlənilən prezident seçkiləri ilə bağlı mühüm təklif irəli sürüb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Putin növbədənkənar iclas zamanı Ukraynada seçkilərin keçiriləcəyi vaxt Rusiyanın təhlükəsizliyə riayət edəcəyini bildirib.

“Ukraynada seçkilər zamanı təhlükəsizliyi təmin etməyə hazırıq”, – deyə Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin prezidentlik müddəti 20 may 2024-cü ildə başa çatıb. Lakin ölkənin qanunvericiliyinə görə, Rusiya ilə müharibə şəraitində olan Ukraynada seçkilərin keçirilməsi mümkün deyil. Hazırda isə bu istiqamətdə müzakirələr aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər