Putinin çətin ifadələrini tərcümə edən tərcüməçisi “əfsanə” adlandırıldı - VİDEO
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkovu “əfsanə” adlandırıb.
Patrul.az xəbər verir ki, Vitkov bu ifadəni qeyri-rəsmi dialoq zamanı Putinin tərcüməçisinə ünvanlayıb.
“Ay əfsanə! İndi səsini tanıyıram! Bu, Yer üzündəki ən yaxşı səsdir”, – deyə Vitkov bildirib.
Sadıkov isə ABŞ Prezidentinin xüsusi elçisinə tərifə görə təşəkkür edib və bu cür qiymətləndirmədən məmnun qaldığını söyləyib.
Qeyd edək ki, Putinin tərcüməçisi Aleksey Sadıkov daha əvvəlki açıqlamalarında tərcüməçilərin Rusiya liderinin bəzi ifadələrini tərcümə etməkdə çətinlik çəkdiklərini bildirib.
Onun sözlərinə görə, özü də danışıqlar zamanı Putinin işlətdiyi “Ayaqlarımızı geniş açıb dayanmayacağıq” ifadəsini çətinliklə tərcümə edib.
Gülbəniz Səfərova






