Qadın qanunsuz tikilən tövləsinin söküntüsü zamanı fəryad etdi - VİDEO
Zərdab rayonunda qanunsuz tikinti olduğu bildirilən tövlənin sökülməsi sakinlərlə yerli icra hakimiyyəti nümayəndələri arasında gərginliyə səbəb olub.
Patrulaz.az xəbər verir ki, hadisə zamanı ərazidə olan qadın tövlənin sökülməsinə qarşı çıxaraq etiraz edib. Görüntülərdə onun yerə çökərək ağladığı və fəryad etdiyi əks olunub. Bu hadisə baş verən zaman isə traktor söküntü işlərini davam etdirir.
“Allah götürməz”, deyərək qadının fəryadı videoda eşidilir.
Qeyd edək ki, İcra Hakimiyyətinin əməkdaşları sözügedən tikilinin sənədsiz və qanunsuz olduğunu bildiriblər. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.






