Qadına 15 bıçaq zərbəsi endirən kişi sakinlər tərəfindən sillə, təpiklə döyüldü - VİDEO
İstanbulda baş vermiş dəhşətli hadisə yerli sakinlərin hiddətinə səbəb olub.
Patrulaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bağcılar rayonunda orta yaşlı kişi qadına 15 bıçaq zərbəsi endirərək ağır xəsarətlər yetirib.
Hadisə yerinə gələn polis əməkdaşları şəxsi yaxalayarkən ətrafa toplaşan yerli sakinlər qəzəblənərək onu ağır zərbələrlə döyməyə başlayıblar.
Görüntülərdə polisin saxlanma altında olan kişinin yumruq təpiklərlə döyüldüyü əks olunub. Hadisə anı anbaan kameralarla çəkilib.
Ətrafda olan qadınlardan biri isə “Öldürün, öldürün belə pislikləri” deyərək onları dəstəkləyib.
Hadisədən sonra polislər qadına xəsarət yetirən kişini vətəndaşların əlindən çətinliklə alaraq istintaqa cəlb ediblər.
Hadisə anının görüntülərini təqdim edirik:






