media-inshot_20250811_204757155

“İlk görüş bir növ “ilk təəssürat imtahanıdır”. 

İnsanlar ilk görüşdən əvvəl adətən həyəcan keçirirlər, çünki həm özləri kimi olmaq istəyirlər, həm də bayağı və ya müdaxiləedici görünmək istəmirlər.

Patrulaz.az-ın araşdırmasına görə, söhbətiniz qarşı tərəfi tanımaq üçün olsa da, bəzi suallar həm şəxsi sərhədləri poza, həm də münasibətin gələcəyini daha başlamadan kölgələyə bilər.

Mütəxəssislərin fikrincə, qadınlara ilk görüşdə bu tip suallar verməkdən uzaq durmaq lazımdır:

• Yaş, çəki və gəlir mövzusu – Sanki bir “sorğu anketi” doldururmuş kimi hiss etdirir və qarşı tərəfi narahat edə bilər.

• Keçmiş münasibətlər – “Əvvəlki sevgilinlə niyə ayrıldın?” sualı, hələ güvən formalaşmamışkən riskli mövzudur.

• Evlilik və uşaqlıq planları – İlk görüşdə birbaşa “ailə planlaşdırması”na keçmək qarşı tərəfi təzyiq altında qoya bilər.

• Dini və siyasi baxışlar – Bu mövzular gərgin mübahisələrə yol aça bilər.

• Şəxsi travmalar və xəstəliklər – İlk tanışlıqda emosional yük yaratmaq münasibətə ağır başlanğıc verə bilər.

Daha yaxşısı, ilk görüşdə ortaq maraqlar, hobbilər, səyahət təcrübələri kimi yüngül, pozitiv mövzular seçməkdir. Unutmayın ki, ilk görüşdə məqsəd “hesabat almaq” yox, qarşı tərəfi təbii şəkildə tanımaqdır.

Ləman Sərraf


Bənzər xəbərlər