media-inshot_20260409_183428444

Son dövrlərdə qanunsuz zəbt olunmuş ərazilərdə fərdi ev tikintisi halları artmaqda davam edir və bu məsələ həm hüquqi, həm də sosial müzakirələrə səbəb olur. Belə hallarda torpaq üzərində mülkiyyət hüququnun pozulması və tikintinin qanunvericiliyə uyğun aparılmaması ciddi nəticələr doğura bilər.

Bəs, qanunsuz zəbt olunmuş ərazilərdə ev tikən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?

Bununla bağlı AR Vəkillər kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, qanunsuz zəbt olunmuş torpaq sahəsində ev tikmək şəxsi həm mülki, həm də cinayət məsuliyyəti ilə üz-üzə qoyur:

“Qanunsuz zəbt olunmuş torpaq sahəsində ev tikmək həm mülki, həm də cinayət məsuliyyəti yaradır. Mülki məsuliyyət çərçivəsində torpaq sahibi və ya dövlət məhkəməyə müraciət edərək evin sökülməsini və zərərin ödənməsini tələb edə bilər”.

media-img-20260331-wa0041

Vəkil qeyd edir ki, qanunsuz torpaq zəbt edib tikinti aparan şəxslər 1 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:

“Cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188‑ci maddəsi ilə tənzimlənir. Bu maddəyə görə, qanunsuz torpaq zəbt edən və üzərində tikinti aparan şəxslər 1-3 il azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda bu cəza 3-5 ilədək, təkrar və ya rəsmi mövqedən sui-istifadə hallarında isə 5-8 ilədək artırıla bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər