media-screenshot_20250617_100644_telegram

Ağcabədi rayonunun Xocavənd kəndində qanunsuz tikinti fəaliyyətinin qarşısı alınıb.

Patrulaz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən ötən ay sökülmüş tikilinin fiziki şəxs Seymur Həsən oğlu Əliyev tərəfindən yenidən inşa edildiyi aşkarlanıb. Faktla bağlı Nazirliyə müraciət olunub və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunsuz tikililərə qarşı mübarizə məqsədilə nəzarət tədbirlərini davam etdirir.


Bənzər xəbərlər