“Qarabağ” - “Ayaks” matçına neçə bilet satılıb?
“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Ayaks”la keçiriləcək oyunu üçün satılan bilet sayı barədə məlumat yayıb.
Patrul.az xəbər verir ki, hazırda matça artıq 27 650 bilet satılıb. Klub bildirir ki, biletlər hələ də məhdud sayda mövcuddur və yalnız iTicket.az saytından və mobil tətbiq vasitəsilə əldə edilə bilər.
Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, “Qarabağ” – “Ayaks” matçı 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.






