media-img_3811

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Ağdamın “Qarabağ” klubu Portuqaliyanın “Benfika”sını səfərdə 3:2 hesabı ilə məğlub edib.

Patrulaz.az xəbər verir ki, “Estadio da Luz” stadionunda keçirilən görüşdə meydan sahiblərinin qollarını 6-cı dəqiqədə Barreneçea, 16-cı dəqiqədə isə Pavlidis vurub.

“Qarabağ” isə geri dönüş etməyi bacarıb. Komandamızın qollarına 30-cu dəqiqədə Leandro Andrade, 48-ci dəqiqədə Kamilo Duran və 86-cı dəqiqədə Aleksey Kaşşuk imza atıb.

Beləliklə, Qurban Qurbanovun komandası möhtəşəm qələbə ilə Çempionlar Liqasına start verib.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını oktyabrın 1-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Ağdam təmsilçisi bu dəfə Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.


Bənzər xəbərlər