“Qarabağ”ın uduzduğu keçmiş rəqibi “Liverpul” darmadağın edildi
“Qarabağ”ı məğlub edən keçmiş rəqib “Liverpul”u Premyer Liqanın 25-ci turunda “Mançester Siti” darmadağın edib.
Patrul.az xəbər verir ki, “Mançester Siti” matçın +3-cü dəqiqəsində vurulan qol ilə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Matçın 74-cü dəqiqəsində Dominik Szoboşlainin uzaq məsafədən vurduğu cərimə zərbəsi ilə “Liverpul” hesabda irəli çıxsa da, “Mançester Siti” 84-cü dəqiqədə Bernardo Silvanın qolu ilə hesabı bərabərləşdirib.
Əlavə vaxtın son dəqiqələrində isə meydan sahiblərinə penalti verilib. Erlinq Haland 90+3-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.
Qeyd edək ki, bu qələbə ilə “Mançester Siti” xallarının sayını 50-yə çatdırıb. “Liverpul” isə 39 xalla liqadakı liderliyini qoruyub saxlayıb. Növbəti turda “Liverpul” “Sanderlend”in qonağı olacaq, “Mançester Siti” isə “Fulhem”i qəbul edəcək.
Xatırladaq ki, yanvarın 28-də UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində Qurban Qurbanovun baş məşqçilik etdiyi “Qarabağ” İngiltərənin “Liverpul” komandasına 6:0 hesabı ilə məğlub olmuşdu. Buna baxmayaraq, “Qarabağ” ÇL cədvəlində 10 xalla 22-ci sıradan pley-off mərhələsinə yüksəlib. Hazırda “Köhlən Atlar” 18 fevralda pley-off çərçivəsində doğma meydanda “Nyu-Kasl”la qarşılaşacaq.
Gülbəniz Səfərova






