media-img_6720

“Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərini uğurla davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi uzun illər erməni işğalı altında qalan bütün şəhərlərin yerlə-yeksan edildiyini, dini,tarixi abidələrinin yer üzündən silindiyinin şahidi oldu. Azərbaycan tərəfi dünyaya Ermənistanın vəşhi qurum olduğunu bəyan etdikdə təəssüflər olsun ki, dünya Azərbaycan tərəfinin bu fikirlərinə inanmadı. Əksinə ermənilərin böhtanlarına inanmağı üstün tutdular”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

media-img_3769
Deputat bildirib ki, Azərbaycan tərəfi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinə başlanıldı: “Görülən işlər sayəsində artıq qısa müddət ərzində həmin torpaqlara minlərlə insan köçürülüb, evlə təmin olunub.
Qarabağ və Şərqi Zəngəzurun bütün sahələr üzrə inkişafı üçün mühüm işlər görülür. Eyni zamanda bir neçə hava limanının tikintisi göstərir ki, qısa zaman ərzində həmin ərazilərə gediş-gəliş daha da asanlaşacaq.
Bir sözlə, Qarabağ sürətli şəkildə yenidən qurulur”.


Bənzər xəbərlər