Qarın ağrısı ilə xəstəxanaya getdi, içindən ilan balığı çıxdı
Çinin Hunan əyalətində qeyri-adi hadisə baş verib.
Patrulaz.az NTV-yə istinadən xəbər verir ki, Huaihua şəhərində güclü qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 30 yaşlı kişinin qarnından canlı ilan balığı çıxarılıb.
Xəstəxanasında aparılan müayinə nəticəsində kişinin mədəsini deşərək qarın boşluğuna keçmiş yad bir cismin olduğu müəyyən edilib. Həyati təhlükə yarandığı üçün xəstə təcili əməliyyata alınıb.
Əməliyyat zamanı cərrahlar xəstənin bağırsaq divarını deşib qarın boşluğuna keçmiş canlı ilan balığı ilə qarşılaşıblar. Balığın orqanlar arasında demək olar ki, “üzdüyü” bildirilib.
Cərrahlar balığı tutaraq çıxarıblar, daha sonra isə yoğun bağırsağın zədələnmiş hissəsi tikilib və infeksiya riskini minimuma endirmək üçün qarın boşluğu duzlu su ilə təmizlənib. Əməliyyatdan sonra xəstə tez bir zamanda sağalıb və evə buraxılıb.
Ləman Sərraf