"Qarşıdakı iki gün ərzində möhtəşəm bir film izləyəcəksiniz" - Tramp
“Düşünürəm ki, qarşıdakı iki gün ərzində möhtəşəm bir film izləyəcəksiniz”.
Patrul.az “ İnternational”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövcud vəziyyəti jurnalistlərə şərh edərkən deyib.
İranla atəşkəsin uzunmüddətli olacağını düşünmədiyini bildirən Tramp, müharibənin razılaşma ilə, yoxsa İranın imkanlarının məhv edilməsi ilə bitəcəyi barədə suala cavabında hər iki nəticənin mümkün olduğunu, lakin razılaşmanın daha məqsədəuyğun variant sayıldığını vurğulayıb.
“Hər iki halda da bitə bilər, amma düşünürəm ki, razılaşma daha məqsədəuyğundur, çünki o zaman onlar yenidən qura bilərlər”, – deyə o, əlavə edib.






