“Azərbaycan Avropaya qaz ixrac edir və bu qaz ixracı il ərzində 22 milyard kub metrdir. Bunun 12 milyardı isə birbaşa kontinental Avropaya ixrac edilir, 10 milyard isə Gürcüstan və Türkiyəyə ixrac olunur”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.


O bildirib ki, Avropa Komissiyası bizi özünün tam enerji təczizatçısı elan edib: “Amma bununla bərabər Avropa Komissiyası 2022-ci ildə Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı sənəd imzaladı. Lakin bu prosesin ardı gəlmədi, qaz dəhlizinin genişləndirilməsi ilə bağlı real işlər görülmədi. Sözügedən layihə olduqca böyükdür və 10 milyarddan çox investisiya tələb edir. Bunun üçün isə Avropa ölkələri də investisiya qoymalıdırlar”.


Bənzər xəbərlər