media-img-20250711-wa0039

İtaliyada 17 yaşlı yeniyetmə çimərlikdə istirahət zamanı qazdığı qum çuxurunun altında qalaraq boğulub.

Patrulaz.az Xarici mediaya istinadla xəbər verir ki, faciə “Camping California” düşərgəsinin qarşısındakı çimərlikdə baş verib.

Rikardo adlı yeniyetmə yay tətilini atası və iki kiçik qardaşı ilə keçirməyə başlayıb. Günorta saatlarında onlar qumda oynayaraq 1,5 metr dərinlikdə çuxur qazıblar. Rikardo çuxura enən zaman divarlar çöküb və o, qumun altında qalıb.

Fövqəladə hallar briqadası və xilasedicilər müdaxilə etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, valideynlər nə baş verdiyini anlayana qədər artıq gec olub.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır, şahidlər və xilasedicilərdən izahatlar alınır.

Ləman Sərraf


Bənzər xəbərlər