media-photo-output

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda “əlillər binası”da liftin düzgün işləməməsi qazilərin və fiziki məhdudiyyətli sakinlərin həyat şəraitini çətinləşdirib.

Patrulaz.az məsələ barəsində Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etdikdə onlar binanın liftinə nəzarət edən şirkətlə əlaqə saxlanılacağını və problemin aradan qaldırılması üzrə tədbirlərin başlanılacağı bildirilmişdi.

Vaxtıykən liftin mövcud vəziyyəti ilə bağlı redaksiyamıza müraciət edən birinci qrup Qarabağ qazisi Ram Rəhmanovun sözlərinə görə, Patrulaz.az- redaksiyasına müraciətdən sonra artıq lift normal şəkildə fəaliyyət göstərməyə başlayıb.

Xatırladaq ki, uzun müddət “əllilər binası”da liftin düzgün işləməməsi səbəbilə qazilərə və fiziki məhdudiyyətli digər insanlara yuxarı mərtəbələrə qalxmaqda yerli sakinlər yardım göstərirdilər.

Patrulaz.az qazinin müraciətinə həssas yanaşan və məsələyə birbaşa nəzarət edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə təşəkkürünü bildirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər