Qəbələdə yanan ev yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Qəbələdə yanğın hadisəsi baş verib.
FHN-dən Patrulaz.az-a verilən məlumata görə, Qəbələ şəhərində ümumi sahəsi 322 m² (hər mərtəbəsi 161 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 238 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






