media-0265f996-30c2-4cc3-8147-e55891638b72

Qənirə Paşayevanın büstü ilə bağlı edilən tənqidlərə onu hazırlayan heykəltəraş Elxan Zeynalovdan cavab verilib.

Patrulaz.az-a daxil olan məlumata görə, mərhum deputat Qənirə Paşayevanın büstünü görənlər onun reallıqda daha gözəl olduğunu deyərək, tənqid ediblər.

Büstün müəllifi heykəltaraş Elxan Zeynalov isə Patrulaz.az-a açıqlamasında büstünü görünüşünə edilən iradlara reaksiya verərək bildirib ki, Qənirə xanım daha gözəl idi, amma o şou-biznes əhli olmadığı üçün zəhmətkeş obrazını yaratmaqdan ötrü büst bu şəkildə hazırlandı:

“Mən tənqidləri qəbul edən biri kimi onu deyə bilərəm ki, bəli, Qənirə xanım daha gözəl idi. Mən bunu deyənlərə “Var olun!” deyirəm. Amma o, aktrisa və yaxud şou-biznes əhli deyildi. O, hər şeydən öncə siyasi xadim idi. Buna görə də mən ona həsr etdiyim büstü bu qədər sadə göstərdim. Bəli, saçlar açıq, bir az dalğalı, bir az da daş-qaş… Amma onun ciddi və zəhmətkeş obrazını mən məhz bu cür təsəvvür etdim!”.

Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva 28 sentyabr, 2023-cü ildə vəfat etmişdir.

Gülbəniz Səfərova

media-437e7b95-b063-45e5-90b8-74f0cdc1d4bb media-7e96fadc-c8b5-49a1-b75d-19b52e932876 media-4fdb4861-016d-4603-94eb-07666d5ccc28 media-675e44e4-3d3e-488f-a60e-a7aa8609e0ff


Bənzər xəbərlər