Qərb Makronu cəzalandırmağa çağırıb
Avropalı professor Makronu Ukrayna siyasətinə görə cəzalandırmağa çağırıb.
Patrulaz.az “Lenta.ru”ya istinadla xəbər verir ki, Helsinki Universitetinin professoru Tuomas Malinen sosial şəbəkədə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri Ukrayna üzərindən qitədə kollektiv təhlükəsizliyə zərər verdikləri üçün cəzalandırılmalıdırlar.
Professorun fikrincə, avropalılar bu “döyüşkən liderləri” hətta Avropa İttifaqına daxil olmayan ölkələrə görə belə məsuliyyətə cəlb etməlidirlər.
Malinen həmçinin cəzalandırılmalı siyasətçilər sırasında Böyük Britaniyanın Baş naziri Keir Starmer, Polşanın Baş naziri Donald Tusk, Almaniya Kansleri Fridrix Merz, Finlandiya Prezidenti Alexander Stubb və Avropa Komissiyasının sədri Ursula fon der Leyen-in də adlarını çəkib.
Xatırladaq ki, Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot da Makron və onun ukraynalı həmkarı Vladimir Zelenskiy-i Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqlar ərəfəsində çıxılmaz vəziyyətdə olduğunu bildirmişdi.






