Qərbdə ABŞ-nin İrana qarşı ustalıqla həyata keçirdiyi manevr ifşa olunub
Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) analitiki Lerri Conson bildirib ki, ABŞ İran ilə sülh yolu ilə həll əldə etmək istədiyini bəyan etməklə, Tehranı mümkün quru əməliyyatına hazırlıq zamanı ehtiyatlı davranmaqdan yayındırmağa çalışır.
Patrul.az xəbər verir ki, Conson qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hərəkətlərində əsas diqqəti fond və neft bazarlarına təsir göstərməyə yönəldib və həmçinin qoşunların gəlməsinə qədər vaxt qazanır.
Ekspertin fikrincə, 31-ci ekspedisiya briqadası yaxın günlərdə, Kaliforniyada yerləşən 11-ci briqada isə təxminən aprelin əvvəllərində bölgəyə gələ bilər.
Conson hesab edir ki, amerikalıların sülh planları barədə bəyanatları həqiqəti əks etdirmir və yalnız taktiki gediş kimi istifadə olunur. ABŞ hökumətinin məqsədi İslam Respublikası ilə diplomatiya yolu ilə münasibətləri nizamlamaq deyil və bu, Tehranda da başa düşülür.
Aynur Nadirqızı






