media-inshot_20260115_190931025

İngiltərədə avtomobil oğurluğu ilə məşğul olan oğru özünün çəkdiyi sübutlarla həbs olunub.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, 22 yaşlı Həmzə Qafur ardıcıl olaraq 35.000 funt sterlinq dəyərində olan “Volkswagen Tiguan” və 79.000 funt sterlinq dəyərində “BMW X3” avtomobillərini oğurlayıb.

H.Qafur bütün oğurluq əməliyyatlarını tək-tək telefonuna lentə alıb.

Hadisə nəticəsində şübhəli qismində saxlanan Qafurun özünün çəkdiyi videogörüntülər onun törətdiyi cinayətləri sübuta yetirib.

Belə ki, polis onun telefonunda “BMW” və digər avtomobillərə daxil olaraq onları necə oğurladığını əks etdirən görüntüləri aşkar edib.

Araşdırmalar nəticəsində məlum olub ki, o, yüksək dəyərli avtomobilləri hədəf alan doqquz oğurluq hadisəsi törətmək üçün Bredforddan Lankaşirə səyahət edən bir dəstənin üzvü olub.

Beləliklə, özünün lentə aldığı kadrlarla oğurluğu sübut olunan Qafur 6 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 22 yaşlı oğrunun videogörüntülərini görən polis əməkdaşları onu “dəstənin ən ağıllsız üzvü” adlandırıblar.

Onun oğurluğunu təsdiq edən və özünün lentə aldığı videogörüntüləri təqdim edirik:

Gülbəniz Səfərova


Bənzər xəbərlər