media-inshot_20250730_221057578

İndoneziyanın Bali adasında keçirilən ənənəvi xoruz döyüşü zamanı faciə baş verib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Denpasar şəhərində 50 yaşlı İ Nenqah Sudanın adlı kişinin “tajen” adlanan xoruz döyüşünə baxarkən baş verib.

Məlumata görə, döyüşdən əvvəl xoruza iti metal bıçaq bağlanıb. Quşlardan biri qəfil nəzarətdən çıxaraq qaçmağa başlayarkən, onun ayağında olan bıçaq kişinin qarnına saplanıb. O yaralı halda dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, xoruz döyüşləri Bali hinduizmində təmizlənmə rituallarının bir hissəsi sayılır və döyüşdə axıdılan qanla pis ruhların qovulduğuna inanılır. Lakin dini məqsəddən kənar bu döyüşlər İndoneziyada qumar fəaliyyəti kimi qadağandır, baxmayaraq ki, hələ də geniş şəkildə həyata keçirilir.


Bənzər xəbərlər