media-inshot_20250828_195430063

Hobbilər sadəcə boş vaxtı doldurmaq üçün deyil, onlar bəzən insanın həyatını dəyişdirə, stressi azalda və hətta gəlir mənbəyinə çevrilə bilər. Maraqlısı budur ki, dünyada çox qeyri-adi hobbilər var, hansı ki bəzi insanlar üçün sadəcə əyləncə, bəziləri üçün isə həqiqi terapiyadır.

Patrulaz.az-ın araşdırmasına görə, bunlardan biri miniatür dünyalar yaratmaqdır. Kiçik evlər, insanlar, maşınlar düzənləmək bəzilərinə sakitlik və konsentrasiya gətirir. Psixoloqlar bunu meditasiya kimi təsvir edirlər. Diqqət və yaradıcılıq tələb edən bir fəaliyyət beyini rahatladır.

Digər maraqlı hobbi isə qızıl balıq yemi hazırlamaq və akvarium dizaynıdır. Bəzi insanlar üçün bu, stresdən uzaqlaşmaq və sakitlik tapmaq üsuludur. Başqaları isə bunu kiçik biznesə çevirərək gəlir əldə edir.

Təkrar oyun toplama və ya “vintage” əşyalar toplamaq da çox yayılmış qeyri-adi hobbilərdən biridir. İnsan keçmişlə əlaqə qurur, nostalji hiss edir və bununla emosional balansını qoruyur.

Bəziləri üçün hətta qab-qacaq və ya beton heykəltəraşlıq kimi hobbilər həm terapiya, həm də gəlir mənbəyidir. Yaradıcılıqla məşğul olmaq stresi azaldır.

Qeyri-adi hobbilər göstərir ki, maraqlar insanın psixologiyasına ciddi təsir edir. Hər bir fərd özünü fərqli yollarla rahatladır və inkişaf etdirir.

Ləman Sərraf


Bənzər xəbərlər