media-427217fc-9c46-4de8-873e-c627e5f0ad26

Son illərdə iqlim dəyişikliyinin təsirləri daha qabarıq şəkildə hiss olunmağa başlayıb. Temperaturun qəfil artması və ya enməsi, qeyri-sabit hava şəraiti, quraqlıqlar və ya intensiv yağışlar əsasən kənd təsərrüfatı sahəsi ilə bağlı müəyyən narahatlıqlar yaradır.

Son günlərdə ölkə ərazisində may ayına xas olmayan hava şəraiti, güclü külək və yağışların müşahidə olunması kənd təsərrüfatına necə təsir göstərir?
Patrulaz.az mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirlinin fikirlərini öyrənib:

“Leysan və dolu yağan hər bir bölgəmizdə hava şəraiti kənd təsərrüfatına öz təsirini göstərib. Bitkilərin yerüstü hissələri döyülərək sıradan çıxarılır. Əksər hallarda dolu düşən ərazilərdə bitkilər yenidən əkilir. Lakin bağlara dəyən ziyanı bərpa etmək mümkün olmur. Bir sözlə, hava şəraitinin pis keçməsi kənd təsərrüfatına çox ciddi zərbə vurub”.

media-913d5445-0e65-4c59-935f-d90e49e37507
Ekspertin sözlərinə görə, dolunun yağması həm dənli bitkilərə, həm də ağaclara daha çox mənfi təsir göstərib:

“Həmin əkin sahələri, bağlar əgər sığorta olunubsa, fermerlər haqlarını götürəcək. Sadəcə məsələ burasındadır ki, sığorta şirkəti yalnız fermərə dəyən zərəri ödəyir. Yəni, şirkət meyvə bağlarını, bostan sahələrini, taxıl zəmiləri və ot biçənəklərini bərpa etmir. Beləliklə, məhsuldarlıq kifayət qədər aşağı düşür”.

Ləman Sərraf


Bənzər xəbərlər