Qəzzada humanitar yardım gözləyən fələstinlilər bombalandı
Qəzzada son altı həftə ərzində 798 fələstinli humanitar yardıma çatmağa çalışarkən həlak olub.
Patrulaz.az Xarici mediaya istinadən xəbər verir ki, BMT-nin yaydığı bəyanata görə, 615 nəfərin ölümü ABŞ-nin rəhbərlik etdiyi Qəzzaya Humanitar Yardım Fonduna (GRF) məxsus yardım paylama məntəqələrinin yaxınlığında baş verib.
İsveçrənin Cenevrə şəhərində keçirilən mətbuat konfransında İnsan Haqları üzrə Ali Komissarlığın sözçüsü Ravina Şamdasani 27 may və 7 iyul tarixləri arasında 798 ölüm faktının qeydə alındığını bildirib.
Qeyd edək ki, Fələstində müharibə nəticəsində 7 oktyabrdan bu yana ölənlərin sayı 57 mini keçib.






