media-inshot_20250806_130220920

Qəzza zolağında humanitar yardım daşıyan yük maşını izdihamın üzərinə aşıb.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, üzərinə maşının aşması nəticəsində 20 fələstinli həlak olub, onlarla insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə humanitar yardım almaq üçün bir araya toplaşan aclıq çəkən mülki vətəndaşların çox oldugu yerdə baş verib.

Yerli mənbələrin məlumatına görə, maşın İsrail qüvvələri tərəfindən təhlükəli yola yönləndirildikdən sonra idarəetməni itirib və izdihamın üzərinə aşıb.

Blokada və davam edən hücumlar səbəbindən ərzaq çatışmazlığı yaşayan əhali bir tikə çörək uğrunda həyatlarını riskə atmaq məcburiyyətində qalır.

Qeyd edək ki, bu, Qəzzada humanitar yardım zamanı baş verən ilk faciə deyil. Son günlərdə ölən yardım axtaranların sayı 1568 nəfərə, yaralananların sayı isə 11.230 nəfərə çatıb. Dünən isə yardım paylanması zamanı 52 nəfər həyatını itirib, 352 nəfər yaralanıb.


Bənzər xəbərlər