media-akraba-ailelerin-evlilik-tartismasi-kanli-bitti-1-olu-4-yarali-vqhb

Türkiyənin İstanbul şəhərində nikah mübahisəsi qanla nəticələnib.

Patrulaz.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbulun Esenyurt rayonunda iki qohum ailə arasında gənclərin evlənməsi səbəbindən mübahisə yaranıb.

Dava zamanı qadın və kişilər bir-birinə dəyənəklərlə hücum edib, nəticədə 25 yaşlı gənc bıçaqlanaraq həyatını itirib, daha 4 nəfər isə yaralanıb.

Hadisədə iştirak edən şəxslərin çoxsaylı cinayət qeydlərinin olduğu bildirilir. Polis faktla bağlı araşdırmalara başlayıb.


Bənzər xəbərlər